Elə özün telekanallara baxsan görərsən ki, üzdə olanların əksəriyyəti üçüncü cinsdəndir.

16-09-2016, 09:46           
Elə özün telekanallara baxsan görərsən ki, üzdə olanların əksəriyyəti üçüncü cinsdəndir.
Hər zaman öz tənqidi fikirlərinə görə digər müğənnilərdən fərqlənən Əli Mirəliyevin efirlərə buraxılmadığına dair məlumatlar yayılır. Məlumatlara görə, müğənni məhz bu tənqidi mövqeyinə görə qadağalarla üzləşib.

teref.az yazır ki, bu barədə yayılan informasiyalara münasibət bildərən müğənni Cebhe.info-ya açıqlamasında “Bu məlumat kökündən yanlışdır. Çünki heç bir televiziya mənə qadağa qoymayıb, əksinə mən çox vaxt qadağalar qoyuram. Çünki mənim maşınım yoxdur, hər dəqiqə dəvətləri qəbul edib gedə bilmirəm. Mərdəkanda yaşayıram, bildiyiniz kimi oradan şəhərə yol uzaqdır deyə avtobusla gedə bilmirəm.

Məni dəvət edəndə mən onlara etiraz edirəm ki, gələ bilmirəm, əgər gələ bilirsinizsə, siz gəlin evimə. Sizcə Azərbaycan mədəniyyətində mənim kimi bir insana qadağa qoyula bilər? Mən yeni peyda olmuş müğənni deyiləm ki, mənə qadağa qoysunlar, mən müğənnilərin qənimiyəm. Mən Sovet vaxtı müğənni olmuşam. Mən müğənni qənimiyəm, müğənnilərə yol göstərirəm ki, baxın, oxumaq budur.

Mən efirlərə bu gün lazımam ki, gənc nəsillərə yol göstərim. Yoxsa bəziləri siyasətçilərlə, “yekələrlə” - Akif Çovdarovla, Eldar Mahmudovla oturub- dururlar. Onlara qadağa qoyarlar, mənə yox. Baxmayaraq ki, keçmiş nazir Eldar Mahmudovun toyunda elə mən özüm oxumuşam, amma indiki məmurlar gəzdirməyə “mamılımatan” axtarırlar, mənim onlarla nə işim? Gündə alaqotu kimi bir müğənni çıxır gedir MTN-ə, o birisi gedir nazirin, millət vəkilinin yanına. Bir vaxtlar Hacı Məmmədovla da bəzi müğənnilərin əlaqələri var idi”,- deyə bildirib.

Əli Mirəliyev deyib ki, məmurların, iş adamlarının, imkanlı şəxslərin müğənnilərlə əlaqələri var: “Toy adı ilə müğənniləri “oppalara” aparırlar. Oralarda da təbii ki, onları bir yerdə görənlər olur, restoran işçisi, otel işçisi görür və söhbət beləcə yayılır. Od olmayan yerdən heç vaxt tüstü çıxmır. Gör heç deyən var ki, Əli Mirəliyevin Hacı Məmmədovla belə əlaqəsi var, elə əlaqəsi var? Hacı kimdir ki? Otuzduraram onu qabağımda, yüz dənə söz deyərəm üzünə.

Məmurlar, Hacı kimi insanlar aparar “mamlımatan” qızları, müğənniləri özləri ilə. Niyə də aparmasın? Kişiyə qadın lazımdır da, pulu var aparır. Kişi kişini aparmayacaq ki? Düzün desəm bəziləri var ki, kişidir, amma kişi deyil. Özünü qadın kimi aparır. Yol gedəndə baxırsan, seçə bilmirsən kişidir, yoxsa qadın. O üçüncü cinsdən olanları da bir də görürsən aparırlar ora-bura. Elə özün telekanallara baxsan görərsən ki, üzdə olanların əksəriyyəti üçüncü cinsdəndir. Baxırsan görürsən kişidir, amma elə gözün- qaşın süzdürür ki, elə bil qadındır. Ölmədik bu günləri də gördük. O məmurlara belə “mamılımatanlar” lazımdır. Vaxt var idi, səhnəyə çıxanda, oxuyanda bilirdin ki, oxuyan kişidir, məsələn, Gülağa Məmmədov, Mirzə Babayev. Müğənni var ki, 70 yaşı var, üzünə o qədər kraska vurub ki, cavan oğlan kimidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.