Türkiyənin məşhur müğənnisi Sibel Can Bakıda konsert verəcək. Bu barədə İticket.az saytı məlumat yayıb. Məlumata görə, konsert 8 dekabr tarixində Bakı Konqres Mərkəzdə baş tutacaq. Konsert üçün biletlərin qiyməti minimum 55, maksimum isə 395 manatdır.