"Üzüklərin hökmdarı"nın ulduzu gizli şəkildə evlənib

8-02-2025, 17:08           
"Üzüklərin hökmdarı"nın ulduzu gizli şəkildə evlənib
"Üzüklərin hökmdarı" trilogiyasındakı Frodo Baqqins rolu ilə məşhurlaşan Hollivud aktyoru Elayca Vud danimarkalı prodüser Mette-Marie Konqsved ilə rəsmi nikaha girib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə cütlüyün nikah şəhadətnaməsini əldə edən TMZ nəşri məlumat verib.

Bildirilir ki, Elayca və Mette-Mari gizli evlənməyi qərara alıblar, buna görə də, mərasimin dəqiq tarixi məlum deyil.

Lakin bəzi mənbələrin məlumatına görə, toy Yeni il ərəfəsində İsveçdə baş tutub və tədbirdə cütlüyün təxminən 80 yaxın qohumu və dostu iştirak edib. Qeyd edək ki, Elayca və Mette-Marienin bir oğlu və bir qızı var.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru