Ben ilk dəfə Cenifferlə ayrılıq səbəbindən danışdı – Foto

27-03-2025, 00:10           
Ben ilk dəfə Cenifferlə ayrılıq səbəbindən danışdı – Foto
Məşhur aktyor və rejissor Ben Afflek Cennifer Lopezdən boşanması ilə bağlı ilk dəfə açıqlama verib.

Tribunainfo.az “Posta”ya istinadən xəbər verir ki, aktyor GQ jurnalına müsahibəsində Lopezlə fərqli temperamentləri olduğunu və bunun onların ayrılıqlarına səbəb olduğunu bildirib.

Afflek şəxsi həyatını ictimaiyyətin diqqətindən kənarda saxlamaq istəyinin bəzən Lopezin daha açıq və paylaşmağa meyilli yanaşması ilə ziddiyyət təşkil etdiyini, bunun isə əlaqələrin dinamikasında mühüm rol oynadığını bildirib. Bununla belə, o, ayrılığın heç bir mübahisə və ya sensasiyalı hadisə ilə bağlı olmadığını xüsusi vurğulayıb.

Xatırladaq ki, cütlük 2022-ci ildə evlənib, boşanmaları isə rəsmi olaraq ötən ay yekunlaşıb.

Onlar nikah zamanı əldə etdikləri ortaq əmlak və gəlirlə bağlı beşaylıq danışıqlardan sonra razılığa gəliblər. Cütlük birlikdə aldıqları 60 milyon dollarlıq Beverli Hills malikanəsində də razılığa gəliblər.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru