Mirkamil illərdir efirə çıxmamasının səbəbini AÇIQLADI

28-03-2025, 10:32           
Mirkamil illərdir efirə çıxmamasının səbəbini AÇIQLADI
Müğənni Mirkamil Kamilovun ürəyindən ikinci dəfə əməliyyat olunması planlaşdırılır.

Ajans.az xəbər verir ki, ifaçı bu barədə “Qonaqcanlı” verilişində danışıb. O, Azərbaycanda ürək əməliyyatını edə biləcəyini, amma həkim tapmaq üçün Türkiyə ilə əlaqə qurulmasının lazım olduğunu bildirib. Həmçinin, Kamilov özünün keçmişdə əməliyyat edən və etibarlı olan fars mənşəli həkimini tapmağın çətin olduğunu qeyd edib. “Bu əməliyyatın da müvəffəqiyyətli olması üçün çox vaxt lazımdır. İnşallah, həkimi taparıq” deyə Mirkamil bildirib.

Qeyd edek ki, sənətçi 2014-cü ildə ürək əməliyyatı keçirib. Mirkamil Kamilov, həmçinin Xalq artisti Mələkxanım Eyubovanın bacısı oğludur. Son dövrlərdə sosial şəbəkə hesablarını bağlayan və səhnədən uzaqlaşan Mirkamil, 2018-2019-cu illərdə şübhəli paylaşımları ilə diqqət çəkmişdi. O, hətta açıqlamalarında narkotik maddə istifadəsi ilə bağlı etiraf etmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.