Avstraliyada ilk "Disneyland" tikiləcək

29-03-2025, 17:43           
Avstraliyada ilk "Disneyland" tikiləcək
Avstraliyanın Melburn şəhərinin rəhbərliyi turistləri cəlb etmək üçün ölkədə ilk "Disneyland" əyləncə parkını tikmək niyyətindədir.

"Herald Sun" qəzeti xəbər verir ki, bu barədə şəhərin lord meri Salli Kepp məlumat verib.

O, koronavirus pandemiyasından sonra Melburnun ölkənin turizm paytaxtı kimi reputasiyasını bərpa etməli olduğunu və "Disneyland"ın bunun üçün ideal olacağını bildirib.

Melburnun cənub-qərbində "Down Under Disney" kompleksi üçün torpaq sahəsi ayrılıb.

Yeni "Disneyland"ın Melburndan 50 km cənub-qərbdə, Port-Fillip sahillərində yerləşən Cilonq şəhərində tikiləcəyi gözlənilir. Xaricdən gələn qonaqlar üçün Melburnun mərkəzindən əyləncə parkına qədər dəmiryol xətti uzadılacaq və səyahət müddəti 30 dəqiqədən çox olmayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru