"Bizneslərimin hamısı batdı, bərpa edə bilmədim"
30-03-2025, 11:34

"2010-cu ildə qərar verdim ki, toya getməyəcəyəm, filan işləri görməyəcəyəm. Öz ruhuma, varlığıma xoş olmayan, amma maddi cəhəddən yaxşı olan işlərdən imtina etdim".
Bu sözləri aktyor Elməddin Cəfərov "efirdən kənar" verilişində deyib. Aktyor həyatında dönüş nöqtəsi yaradan qərarlarından danışıb:
"Düşündüm ki, qoy, kirayədə qalın ödəyə bilməyim, amma sevmədiyim şeyləri etməyəcəyəm. 2 il elə də oldu. Ondan sonra çox əziyyətlər çəkdim, amma işimə çox fokuslandım. Feysbuk, odnoklassnik, vatsapı sildim, sosialdan, toylardan, kütlə olan yerlərdən tam imtina etdim. 3 il dayanmadan işlədim. Nəticəsini də gördüm. Azərbaycandakı ən uzun ömürlü və dövlətin dəstəyi ilə 5 serial çəkildi. 5-də yalnız öz hesabıma ekranlaşdırıldı. Başda çox iradlar oldu. Dedilər ki, "Yaprak dökümü", "Aşk-ı memnu"nu qoyub bunları izləyəcəyik?" Hətta bunu aktyorlar da deyirdi. Amma ölkədə sistem inkişaf etdi. İndi də o aktyorlar, işçi heyəti evinə pul aparır".
Elməddin pandemiya dövründə bizneslərinin çökdüyünü açıqlayıb:
"Pul qazanmaq etabı 2020-ci ilə qədər oldu. Çok film təklifləri olurdu, verilişlər edirdik. Pandemiyada isə televiziya, kino dayandı. Bizneslərimin də hamısı batdı. Depressiyaya düşmədim, amma anlıq yaşadığım streslər oldu. Çünki madiyyətin köləsi olmamışam. Heç vaxt pula işləmirdim, gələn qazancı saymırdım. Sonra yenidən hər şeyi bərpa edə bilmədim. Lakin yeni işlərim var". \\Ölkə.az