Şuradan "Atası olmayan qız almaram" deyən aparcıya REAKSİYA

1-04-2025, 00:11           
Şuradan "Atası olmayan qız almaram" deyən aparcıya  REAKSİYA
Aparıcı Nigar Fərhadın "Kanal S"də yayımlanan verilişdə səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. “Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm”, - o verilişdə deyib.

Ajans.az xəbər verir ki, məsələyə Audiovizual Şura da münasibət bildirib.

“Kanal S” televiziyasında yayımlanan “Sözün bitdiyi an” programında aparıcının səsləndirdiyi subyektiv fikirlərdən narahatlığımızı bildirir və qınayırıq", - açıqlamada bildirilir.

Qeyd olunub ki, məsələ ilə bağlı araşdırma aparılacaq, qanun çərçivəsində müvafiq tədbir görüləcək və əlavə açıqlama veriləcəkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru