Bakıda erməni müğənninin konsertini kim təşkil edir?

2-04-2025, 12:34           
Bakıda erməni müğənninin konsertini kim təşkil edir?
Anası erməni olan, 1981-ci il təvəllüdlü rusiyalı estrada müğənnisi Aleksey Çumakovun aprelin 20-də Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edəcəyi xəbəri sosial şəbəkələrdə tənqid edilib.

TEREF xəbər verir ki, konsert proqramını reklam edən “33 Events” şirkətinin rəhbəri Elxan Peysaxov Teleqraf-a açıqlamasında konsertin təşkilatçısının onun şirkətinə aid olmadığını deyib.

“Şirkət mənə məxsusdur. Amma Aleksey Çumakovun konsertinin təşkilatçılığı bizim şirkətə deyil, Moskva şirkətlərindən birinə aiddir”, – deyə E.Peysaxov deyib.

Bakı Konqres Mərkəzindən isə bildirilib ki, konsertin təşkilatçısının adının açıqlanmasına icazə verilmir.

Xatırladaq ki, Aleksey Çumakovun konsertinə biletin qiymətləri 49-599 manat aralağındadır.

Qeyd edək ki, Aleksey Çumakovun anası Liliya Avanesovna ermənidir, keçmiş “Dağlıq Qarabağ”da doğulub. Atası ilə bolqardır. İfaçı özü Özbəkistanda anadan olsa da, hazırda Rusiya vətəndaşıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru