"Avroviziya-2025"də bütün finalçılar bəlli olublar VİDEO

16-05-2025, 10:59           
"Avroviziya-2025"də bütün finalçılar bəlli olublar  VİDEO
"Avroviziya-2025" mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb.

Bununla da mahnı müsabiqəsinin daha 10 finalçısı müəyyənləşib.

İkinci yarımfinaldan sonra aşağıdakı ölkələrin təmsilçiləri "Avroviziya-2025"in finalına çıxıblar: Litva, İsrail, Ermənistan, Danimarka, Avstriya, Lüksemburq, Finlandiya, Latviya, Malta, Yunanıstan.

Fransa, Almaniya, İspaniya, İtaliya, Böyük Britaniya və ev sahibi İsveçrə birbaşa finala yüksəlib.

İlk yarımfinalda aşağıdakı ölkələr finala çıxmaq hüququnu əldə etmişdilər: Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San-Marino, Estoniya, Portuqaliya, Ukrayna.

Final mayın 17-də Bazeldə keçiriləcək. Finalda 26 ölkə mübarizə aparacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru