“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

3-07-2025, 10:34           
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar bu gün vəfat edib.

Onun ölüm xəbərini meneceri Temmuz Karikutal sosial şəbəkə vasitəsilə təsdiqləyib.

Karikutal paylaşımında bunları yazıb:

“Menecerliğini yaptığım değerli oyuncu Şekip Taşpınar’ı sabah saatlerinde kaybetmenin üzüntüsünü derinden yaşıyorum. Çok şey paylaştık. Mekanın cennet olsun ağabey…”

Şəkip Taşpınar 10 Fevral 1969-cu ildə Ankarada anadan olub, Hacettepe Universiteti Dövlət Konservatoriyasını bitirib. O, 1988-ci ildən bəri teatr və televiziya səhnələrində yer alıb. “Kurtlar Vadisi Pusu” serialındakı rolundan sonra şöhret qazanıb.

2023-cü ildə o, saxta içki səbəbilə zəhərlənərək süni tənəffüs aparatına qoşulmuşdu.

O, 56 yaşında dünyasını dəyişib./milli.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru