Məşhur aktyor evində ölü tapıldı - FOTO

4-07-2025, 15:14           
Məşhur aktyor evində ölü tapıldı - FOTO
“Reservoir Dogs”, “Kill Bill” və “The Hateful Eight” filmlərindəki rolları ilə tanınan Hollivud aktyoru Maykl Madsen 67 yaşında vəfat edib.

Referans xəbər verir ki, bu barədə onun meneceri Ron Smit məlumat verib.

“Maykl Madsen son iki il ərzində müstəqil filmlə, o cümlədən qarşıdan gələn "Resurrection Road", "Concessions" və "The Southern Housewives Cookbook" filmləri ilə inanılmaz iş gördü və həyatının bu növbəti fəslini səbirsizliklə gözləyirdi”, - menecer deyib.

Aktyorun cəsədi iyulun 3-də səhər saatlarında Malibudakı evində cansız tapılıb. Ölümün ilkin səbəbi ürək dayanması olub, sonra Smit bunu təsdiqləyib.

Çikaqoda anadan olan Maykl 1983-cü ildə "WarGames" filmində debüt edib.

Maykl Kventin Tarantinonun “Kill Bill and Reservoir Dogs” filmindəki işindən əlavə, “Thelma & Louise”, “Mister Blonde”, “The Hateful Eight” və “Bir zamanlar Hollivudda” filmlərində də rol alıb. Onun bir neçə şeir kitabı da nəşr olunub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru