Bred Pitt Ancelina Coli ilə boşanmasında təqsirini etiraf etdi

Bu gün, 12:38           
Bred Pitt Ancelina Coli ilə boşanmasında təqsirini etiraf etdi
Təxminən səkkiz il davam edən məhkəmə proseslərindən sonra, görünür, Bred Pitt ilk dəfə Ancelina Coli ilə münasibətlərində çoxlu səhvlərə yol verdiyini etiraf edib.

Bu barədə "Us Magazine" insaydertə istinadən məlumat yayıb.

Yalnız 2024-cü ilin dekabrında rəsmi olaraq yekunlaşan boşanma uzun müddətdir ki, Bredin bütün həyatını müəyyənləşdirib. Cütlük 2016-cı ildə ayrıldıqlarını elan edib, lakin boşanma işi və altı uşağın qəyyumluğu ilə bağlı son qərarlar yalnız 2024-cü ilin dekabrında verilib. Uşaqlarla münasibətlər zərbə altında qalıb. Onların bəziləri açıq şəkildə atalarından uzaqlaşıblar.

Buna baxmayaraq, aktyor hər şeydə keçmiş həyat yoldaşını təqsirləndirmir. Mənbələrin verdiyi məlumata görə, o, vəziyyətə anlayışla baxmağa çalışır.

"Bu, bölücü, zəhərli bir hekayə idi. Amma o, bütün bunların təqsirkarının Ancelina olduğunu düşünmür. Bred ən çox bunu düzəldə bilmədiyinə görə təəssüflənir. İş bağlanıb, amma qaliblər yoxdur", - insayder qeyd edib.

Aktyor hazırda dizayner İnes de Ramonla görüşür. Cütlük 2022-ci ildə bir araya gəlib. Lakin insayderlərin fikrincə, Bredin əsas arzusu toy deyil, uşaqları ilə kəsilmiş əlaqəni bərpa etməkdir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.