"Sinədən ürək yaratma" çılğınlığı virus kimi yayılır- FOTO/VİDEO

28-08-2017, 08:49           
"Sinədən ürək yaratma" çılğınlığı virus kimi yayılır- FOTO/VİDEO
Gün keçmir ki sosial mediada yeni bir qəribə axın meydana gəlir. Çılğın hərəkətləri ilə bu insanlar diqqət çəkməyi bacarır.

Moderator.az xəbər verir ki, yeni çılğınlığın adı "Sinədən ürək yaratma"dır ('' Heart Shaped Boob Challenge ''). Yeni çılğınlıqların ortaya çıxması insanlar arasında nə dərəcədə qəribə və təhlükəli olduğundan asılı olmayaraq sürətlə yayılır. Bu çılğınlıqların ən sonuncusu və sərhədləri aşanı qadınların sinələrində ürək işarəti tutaraq çəkdikləri şəkilləri sosial şəbəkələrdə paylaşmalarıdır.

Kim tərəfindən başlatıldığı bəlli olmayan trend ağılalmaz dərəcədə böyüyür. Latın Amerikasından tutmuş, Çin, Malaziya, Avropa ölkələrindən indiyə qədər 2 milyondan çox qadın yeni trendə qatılaraq sinələrində ürək işarəsi yaradaraq şəkillərini sosial mediya hesablarında paylaşıb.

Bu çılğınlığın hara varacağı bəlli deyil, amma döş xərçəngi xəstəliyinə diqqət çəkmək üçün maarifləndirməyə xidmət edən bir kampanya olsa faydalı ola bilər.
[media=https://www.youtube.com/watch?time_continue=27&v=g8Yczxgzi58]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.