“ÖLÜN, YANA-YANA QALIN” – ELZADAN MÜNSİF OLMASI İLƏ BARIŞMAYANLARA

31-08-2017, 10:55           

ARB telekanalında yayımlanacaq "Xalqın şairi" verilişinin münsif kürsüsündə əməkdar artist Elza Seyidcahanın yer alması birmənalı qarşılanmayıb. İzləyicilərdən bəziləri tez-tez şeirləri ilə gündəmə gələn sənətçinin münsif olması ilə razılaşmayıb. E.Seyidcahan onun münsif olması ilə barışmayan izləyicilərinə isə şeir həsr etməklə cavab verib. Sözügedən şeiri təqdim edirik: "Tikim, Tikim sizin ağzınızı Qırxayaq kimi. Geyim cırım corabımı Çatana kimi. Cırın, cırın. Siz də geyin, geyin, qaçın Xəyallara batana kimi. Tikim sizin ağzınızı yatana kimi". Daha sonra bəstəkar-müğənni izləyicilərinə şeirin davamını kitabdan oxumağı məsləhət görüb: "Poeziya bütövlükdə bilinməzliyə yürüşdür. Ölün, yana-yana qalın. Mən şair vətəndaşıyam".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru