Elzaya daha bir cavab:"Tikən iynən əyilməsin,"

4-09-2017, 09:57           

Bəstəkar-müğənni Ela Seyidcahanın “Xalqın şairi” telelayihəsində münsiflər kürsüsündə əyləşməsi birmənalı qarşılanmadığı kimi Əməkdar artistin “Ağınızı tikim” şeiri də qalmaqallara səbəb oldu. E.Seyidcahanın əvvəlki şeirləri olduğu kimi bu şeiri də sosial şəbəkələrdə tənqid atəşinə tutuldu. Elza xanımın “Ağzınıı tikim”inə nəzirələr yazan da tapıldı.
Turkustan.info xəbər verir ki, bu gün aparıcı Zaur Kamal öz instaqram səhifəsində Elza Seyidcahanın “Ağzınızı tikim” şeirinə yazılmış cavabı paylaşıb.
“Tikən iynən qırılmasın,
Ağzımızı tik eliza,
Elə tik ta cırılmasın,
Tik eliza, tik eliza.
Qovan tikir, tutan tikir,
Əlli ildi “atan” tikir,
Hər iynəsi batan tikir,
Tik eliza, tik eliza.
Bərk tut qaçırma ilməsin,
Elə tik heç kim bilməsin
Tikən iynən əyilməsin,
Hər vaxt olsun dik, eliza”.
Qeyd edək ki, Zaur Kamal cavab şeirinin müəllifini qeyd etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru