Petek Dinçözü Azərbaycana gətirən Məlahət Abbasova: “Heç bir məşhur pul istəmədi” - FOTOLAR

7-09-2017, 08:50           

Bu gün Türkiyənin tanınmış azərbaycanlı teatr aktrisası Məlahət Abbasovanın "Azad Azərbaycan" TV-də yayımlanacaq “Məlahətli söhbətlər” verilişilə bağlı mətbuat konfransı keçirilib.
Publika.az xəbər verir ki, media nümayəndələrilə görüşdə M.Abbasova ilə birlikdə, ATV-nin İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələrdepartamentinin rəhbəri Turan İbrahimov və türkiyəli müğənni Petek Dinçöz iştirak edib.
M.Abbasova bildirib ki, türkiyəli və azərbaycanlı məşhurların iştirak etdiyi bir veriliş hazırlamaq onun çoxdankı arzusu olub. O, bu təşəbbüsün gerçəkləşməsində Mədəniyyət və Turizm Nazirliyinin xüsusi dəstəyinin olduğunu vurğulayıb:
“Uzun illərdir ki, Türkiyədə yaşayıram. Türkiyəli müğənni və aktrisaların çoxu bizim sənətçiləri tanımır. Biz onların sənət adamlarını tanıyırıq. Qərara gəldim ki, hər iki qardaş ölkənin dəyərli sənətçilərinin iştirak etdiyi layihə hazırlayım. Veriliş tamamilə fərqli formatda olacaq. Görkəmli sənət nümayəndələrilə Azərbaycanın məşhur çay süfrəsi arxasında oturub söhbət edəcəyik. Veriliş şou və qalmaqaldan uzaqdır. Mən özümü aparıcı adlandırmıram. Hətta layihəni kanala təqdim edəndə dedim ki, başqa aparıcı seçə bilərsiniz. ATV-nin rəhbəri Vüqar Qaradağlı razılaşmadı, “Sizin simanız bizim üçün yetərlidir” , - dedi”.
M.Abbasova onu da əlavə edib ki, türkiyəli müğənnilər Bakıya təmannasız gələcək. O, Petek Dinçözün də verilişdə iştirak etmək üçün ondan pul tələb etmədiyini söyləyib:
“Bundan sonrakı qonaqlar da verilişdə təmannasız olaraq iştirak edəcəklər. Xüsusi qeyd etməliyəm ki, türkiyəli ulduzların Bakıya gətirilməsində, qarşılanmasında Mədəniyyət və Turizm Nazirliyi bizə dəstək veirir”.
T.İbrahimov M.Abbasovanın verilişdə Türkiyə və Azərbaycanın qarışıq türkcəsilə danaşacığını bildirib:
“Məlahət xanım öz dilimizdə çox səlist danışa bilir, lakin proqramda müəyyəm məqamlarda qonaqların bir-birini başa düşməsi üçün hər iki ləhcədə danışacaq. Çünki layihə “Bir millət iki dövlət” devizi altında təqdim olunur”.
Müğənni P.Dinçöz isə dəfələrlə Bakıda qonaq olduğunu və burada özünü qətiyyən yad hiss etmədiyini deyib. O, M.Abbasova ilə uzun illərdir tanış olduğunu söyləyib:
“Bakını çox sevirəm! Təşkilatçılardan təklif gələrsə, böyük məmnuniyyətlə konsert verərəm. Yeni İli çox zaman Bakıda qarşılayıram, insanlarınız çox istiqanlıdır. Veriliş üçün xüsusi hazırlıq görmüşəm, saçlarımın rəngini dəyişdirmişəm, paltar almışam”.
P.Dinçöz Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya olan heyranlığını da gizlətməyib:
“Azərbaycanın birinci xanımını çox sevirəm, ən böyük arzularımdan biri də onunla tanış olmaqdır. İnşallah, bir gün bu arzuma çataram. Buradan ona sevgilərimi və sayğılarımı bildirirəm”.
Petek Dinçözü Azərbaycana gətirən Məlahət Abbasova: “Heç bir məşhur pul istəmədi” - FOTOLAR














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.