Ermənistanda Emin Ağalarovun telekanalına qadağa qoyuldu

7-09-2017, 21:41           
Ermənistanda Emin Ağalarovun telekanalına qadağa qoyuldu
Müğənni-bəstəkar Emin Ağalarovun rəhbəri olduğu “Jara TV”nin Ermənistanda yayımı dayandırılıb. teref.az-nun Axşam.az-a istinadla məlumatına görə, bu barədə “Beat Group”un mətbuat xidməti xəbər yayıb.

Sentyabrın 1-dən sözügedən kanal Ermənistanda qadağan edilib. Müxtəlif televiziyalarda göstərilən “Jara”dan Ermənistan narahatlıq keçirib. Ölkə rəsmiləri “Jara TV”nin Azərbaycanı təbliğ etdiyi üçün bloklandığını bildirib. Qeyd edək ki, kanal bir çox MDB ölkələrində yayımlanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru