Rəhbərlikdə təmsil olunan 5 şəxs İTV-dən çıxarıldı

8-09-2017, 09:32           
Rəhbərlikdə təmsil olunan 5 şəxs İTV-dən çıxarıldı
İctimai Televiziyada rəhbərlikdə təmsil olunan 5 şəxs bu gün işdən çıxarılıb.

teref.az axar.az-a istinadən xəbər verir ki, bunlar İctimai Televiziyanın Musiqi-Əyləncə və Xüsusi Layihələr Departamentinin rəhbəri, mətbuat katibi (Akif Cabbarlı), mühafizə xidmətinin rəhbəri və daha iki departament rəhbərinin müavinidir.

Məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şurasının iclasından sonra mediaya bu haqda açıqlama veriləcək.

Qeyd edək ki, bu gün KİV-də “Lider” televiziyasında direktor müavini vəzifəsində çalışan və bu yaxınlarda öz istəyi ilə işdən ayrılan Lamiyə Ələkbərovanın İctimai Televiziyada (İTV) Musiqi-Əyləncə və Xüsusi Layihələr Departamentinin rəhbəri vəzifəsinə təyin edilməsi barədə xəbər yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru