Xoşqədəmin dişini sındırdılar — Aparıcı stomatoloqların qurbanı oldu

8-09-2017, 13:26           

Məşhur aparıcı və jurnalist Xoşqədəm Baxşəliyeva həkimlərdən şikayət edib.

"Ölkə.Az" xəbər verir ki, aparıcı stomatoloqun səriştəsizliyinin qurbanı olub. Baxşəliyeva bu barədə İnstaqram səhifəsində məlumat yayıb.
Qanlı dişinin fotosunu paylaşan aparıcı bu sözləri yazıb: "Nəticəni düşünün... Yaxşı, hamının inanıb yanına getdiyi o həkimlə bağlı hansı addımı atım? Axı mən sənin yanına inanıb gəlmişdim. Qazandığın o pulu rahat yeyəcəyinə əminmisin? Bir şeyə sevinirəm ki, bu cür həkimlərlə yanaşı işini sevən, fədəkar, peşəkar həkimlərimiz də var. Xəqani doktor, Elsəvər doktor, Rəbbim sizi qorusun! Aylar sonra bir gecə diş ağrısı çəkmədən rahat uyudum. Amma sağlam dişlərimi bir işini bacarmayan həkimə görə itirəcəyimə də üzüldüm. Ancaq sizə inandığım üçün hər şeyin yaxşı olacağına əminəm".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru