Tanınmış aktrisa mənzildə ölü tapılıb

12-10-2017, 09:51           
Tanınmış aktrisa mənzildə ölü tapılıb
Tanınmış Gürcüstan aktrisası Lika Kavjaradze Tbilisidə yaşadığı mənzildə ölü tapılıb.

teref.az APA-ya istinadən xəbər verir ki, 58 yaşlı aktrisanın ölümünün səbəbi barədə rəsmi məlumat verilmir. Gürcüstan Daxili işlər nazirliyindən faktla bağlı araşdırma aparıldığını bildiriblər.
Gürcüstanın Birinci kanalı Kavjaradzenin yaxınlarına istinadən onun ürəktutmasından vəfat etdiyi barədə məlumat verib.

Qeyd edək ki, karyerası ərzində onlarla filmə çəkilən Lika Kavjaradze Tenqiz Abuladzenin 1976-cı ildə lentə aldığı "Arzu ağacı" filmindən sonra məşhurlaşıb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru