Manaf Ağayev oğlunun toyunda məşhurların yazdırdığı pulların məbləğini açıqladı - “Aqşin 300 yazdırdı, 200-ü kəsdi…” - VİDEO

13-10-2017, 08:23           

Manaf Ağayev oğlunun toyunda qonaqların yazdırdığı pulların məbləğindən danışıb.

Müğənni Xəzər TV-də “5-də 5” verlişində qonaq olub. Aparıcı Zaur M.Ağayevdən bu yaxınlarda baş tutmuş oğlunun toy məclisində hansı məşhurun nə qədər pul yazdırmasını soruşub. Müğənni əvvəlcə bu haqda danışmaq istəməsə də, Zaur təkid edib. Əlacsız qalan sənətçi toyda iştirak edənlərdən bəzilərinin hədiyyə etdiyi məbləği açıqlayıb. O, musiqiçi Aqşin Tariyeloğlunun toyda 300 AZN yazdırdığını bildirib “Mən kimin toyunda nə qədər yazdırmışamsa, həmin məbləği də onlar yazdırıb. Amma Aqşin 300 yazdırıb, 200-nü kəsib. Mən onda 500 yazdırmışdım”, – deyə M.Ağayev zarafatla deyib.

Sözügedən efirdən olan görüntüləri təqdim edir.
[media=https://www.youtube.com/watch?v=QCUjHMLoM38]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru