Meksikada “Banda Cuisillos” qrupunun vokalçısı qətlə yetirilib
13-10-2017, 08:54
Meksikada “Banda Cuisillos” qrupunun vokalçılarından biri olan Fransisko Ernesto Ruis cümə axşamı qətlə yetirilib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə onun həmkarları kollektivin “Facebook” səhifəsində məlumat veriblər. Prokurorluğun məlumatına görə, musiqiçiyə hücum Ruisin yaşadığı Halisko ştatının Qvadalahar şəhərində baş verib.