Hande Erçel məşhur müğənni ilə bu vəziyyətdə yaxalandı - FOTO

17-02-2018, 12:02           

Bir müddətdir sevgili olduğu deyilən Murad Dalkılıç ilə Hande Erçel ilk dəfə birlikdə görüntülənib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir aydır görüşən cütlük restoranda yemək yeyib. Məkana ayrı-ayrılıqda gələn ulduzlar beş saat ərzində dostları ilə əyləncəli vaxt keçirib. Yaxınlarına Hande Erçelə "Çox aşiqəm" deyən pop ifaçısı sevgilisinə əlləri ilə yemək yedirib.

Cütlük çıxışda avtomobillərinə minərkən kameraların işıqlarını görəndə şok olub. Paparatsilərə yaxalanan Murad Dalkılıçın əhvalının korlanması diqqətdən qaçmayıb.

Məlumat üçün bildirək ki, Murad Dalkılıç kino aktrisası Merve Boluğurdan 4 ay əvvəl boşanıb.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru