"“Şou-biznes əhli”nin qarderobu və alt paltarlarının nümayişi ilə kifayətlənməyən telekanallarımız..."

17-02-2018, 12:34           
"“Şou-biznes əhli”nin qarderobu və alt paltarlarının nümayişi ilə kifayətlənməyən telekanallarımız..."
“Hər bir cəmiyyətin ən mühüm sosial-ictimai dəyəri demokratiyadır”.

Bunu BiG.AZ-a açıqlamasında deputat Rafael Cəbrayılov deyib.

Rafael Cəbrayılov qeyd edib ki, bəşəriyyət yarandığı vaxtdan bu dəyər uğrunda mübarizə aparmış və onun cəmiyyətdə bərqərar olmasınadək uzun bir tarixi yol keçmişdir: “Azərbaycan cəmiyyətinin demokratikləşməsi istiqamətində çox böyük işlər görülüb və uğurlu nəticələr də əldə edilibdir. Sözsüz ki, demokratik cəmiyyət çox geniş anlamdır. Konkret halda bizi respublikamızın efir məkanındakı demokratiyanı maraqlandırır. Efir məkanında müxtəlif telekanallar fəaliyyət göstərir ki, bu da xalqımıza xidmət baxımından təqdirəlayiq haldır. Hazırlanan verlişlər nə qədər rəngarəng olsalar da şou proqramlar hər yerdə olduğu kimi bizdə də yüksək reytinqə sahibdirlər. Şou proqramlar tamaşaçıların əhvalını yaxşılaşdırılmasına, əylənməsinə, bir sözlə istirahətinə hesablanmış verlişlərdir. Amma heç bir əyləncə və istirahət “əxlaqsızlığın təbliği” vasitəsilə həyata keçirilmir. Əfsuslar olsun ki, bəzi telekanallarımızda “əxlaqsızlığın nümayişi” həmin şou proqramların əsas ideasına çevrilir. “Şoubiznes əhli”nin qarderobu və alt paltarlarının nümayişi ilə kifayətlənməyən telekanallarımız artıq canlı efirdə əxlaqsız hərəkətlərin nümayişindən də çəkinmirlər. Son vaxtlar telekanallarımızın bu “uğurlar”ına heç xarici kanallarda da rast gəlmək olmur. Nəinki milli mental, insani dəyərə də uyğun olmayan bu verlişlərin efir məkanımızda “hegemonluq” etməsi xalqımızın haqlı narazılığına səbəb olur”.

Deputat onu da vurğulayıb ki, mənə müraciət edən insanlar bu məsələnin qaldırılmasını dəfələrlə xahiş ediblər: “Milli Televiziya və Radio Şurasının yəqin ki, televiziyaya baxmağa vaxtı yoxdur. Əks təqdirdə telekanallarımızda baş verən bu biabırçılığı görərdi. Milli Televiziya və Radio Şurası bilməlidir ki, bu nəzarətsizlik yeni nəslin tərbiyəsinə ciddi zərbə vurur. Hərbi-vətənpərvərlik, milli qəhrəmanlarımız, şəhidlərimiz, istedadlı və xalqımıza şərəf gətirən insanlarımız barədə olan verlişlərlə müqayisədə şou proqramların “hegemonluq”u anlayışılan deyil. Üzümü Milli Televiziya və Radio Şurasına və bəzi telekanallarımızın rəhbərliyinə tutub deyirəm ki, xalqımıza və onun milli dəyərlərinə hörmətsizlik etməyin!”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.