“Mübariz Barbi” həqarətə görə Britaniya ordusunu tərk etdi…

19-02-2018, 12:34           
“Mübariz Barbi” həqarətə görə Britaniya ordusunu tərk etdi…
Moderator.az RenTV-ə istinadən xəbər verir ki, “ Mübariz Barbi” adlanan 30 yaşlı britaniyalı xanım Katrin Hoc aşağılandığına görə Britaniya ordusunu tərk etmək qərarına gəlib.
Qadın ona görə bu qərara gəlib ki, son 12 ili “cəhənnəm”də olub.
18 yaşında Hoc İrak üsyançısını tərksilah edib və onun bu xidməti rəisləri tərəfindən mükafatlandırılıb. Amma, bundan sonra xidmət yoldaşları qızı ələ salmağa başlayıblar.
O ünvanına xeyli xoşagəlməz sözlər eşidib, bir dəfə isə kafedə onun başına qazlı su bankası atıblar. Həmin gündən sonra o tək nahar etməyə üstünlük verib.
Onun sözlərinə görə 2009-cu ildə o “Miss İngiltərə” titulunu udandan sonra vəziyyət daha da pisləşib.
Ordunu tərk etmək haqqında son qərarını o yalnız 2015-ci ildə verir. Buna baxmayaraq o hələ də keçmiş xidmət yoldaşlarından hədələyici ismarışlar alır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.