Samiraldo başına gələnləri danışdı: “Mən pozğunam ki, içəri buraxmırlar?”

27-03-2018, 09:00           

“Samiraldo pozğundur ki, içəri buraxmırlar?”

Samiraldo xoşagəlməz hadisə ilə üzləşib. Xəbər verdiyimiz kimi, stilist Samiraldo dəvət aldığı doğum günü məclisinə buraxılmayıb.

Bu haqda sosial şəbəkədə paylaşım edən stilist minval.info saytına hadisə barədə ətraflı danışıb:

“Eyni məkanda 3 doğum günü olmalı idi. Dünən getdim, administrator dedi ki, restoran rəhbəri deyib ki, Samiraldonu içəri buraxmayın. Məsələni aydınlaşdıranda dedilər ki, bura ailəvi restorandır. Samiraldo pozğundur ki, içəri buraxmırlar?

Mən aktyoram, insanları əyləndirirəm. Bu, mənə qarşı edilən hörmətsizlikdir. Ölkə dərəbəylik deyil. Məkan açmısan, əcəb etmisən. Bəs, mənim çörəyimlə niyə oynayırsan? Məkana daxil olanda gördüm problem var, qayıdıb maşında oturdum.

Neçə gün əvvəl məclisə buraxılmadım, sonrakı dəvətdə dedim ki, məni oraya buraxmayıblar, gəlmirəm. Məclis sahibi dedi ki, özüm həll edəcəyəm, gəl. Getdim, eyni şey yaşandı. Maddi və mənəvi zərbə aldım. Bu mənə çox pis təsir etdi. Tanınmış adamam, hörmətsizlik mənə pis təsir edir. Böyük stress keçirdim”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.