”Günay İbrahimlinin arxasında vəzifəli kişi dayanır…”

24-06-2018, 15:34           

Müğənni Günay İbrahimli vəkili vasitəsilə onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) şikayət edən keçmiş sponsoru Nuriyyə Əhmədovanın ittihamlarına pritenziya verib. Vəkil Abbas Kərimbəyli tərəfindən ünvanlanan pritenziyada qeyd edilib ki, Günay İbrahimova ilə Nuriyyə Əhmədovanın hər hansı iş birliyi olmayıb. Prodüsser-Müğənni müqaviləsi 26 may 2014-cü il tarixdə Mirzəliyeva Zümrüd Arif qızı ilə İbrahimli Günay Xəlil qızı arasında bağlanıb. 2014-cü ildən sonra isə müddət uzadılmadığından müqaviləyə xitam verilib. Mirzəliyeva Zümrüd Arif qızının və Əhmədova Nuriyyə Aslan qızının tərəfindən isə Müqavilənin qüvvədə olduğu 5 il müddətində Günay İbrahimliyə qarşı müqavilə şərtlərinin pozulması ilə bağlı hər hansı narazılıq olmayıb və pretenziya irəli sürülməyib.

Bundan başqa vəkil qeyd edib ki, G.İbrahimlinin N.Əhmədovaya 225.000 manat məbləğində borcu olması ilə bağlı BMCMİ-yə şikayəti araşdırılıb və müvəkkili tərəfindən təhqiqat orqanına təqdim edilmiş sənədlərlə şikayət ərizənizdə qeyd olunan halların mövcud olmadığı sübuta yetirilib. Əksinə Günay İbrahimlinin sponsoru ilə müqaviləsinin qüvvədə olduğu, 5 il müddətində dayanmadan bir gün ərzində bir neçə şou proqramlarda 70-100 manata oxumaqla ay ərzində 10 minə yaxın pul qazandığını, bu da 4 il ərzində 480 min manat qazanc olduğiunu əsas gətirərək N.Əhmədovanın müğəninin pulunu mənimsəməkdə ittiham edib.
Məsələ ilə bağlı N.Əhmədova Criminal.az saytına müsahibəsində bildirdi ki, vəkilin işi Günay İbrahimlinin müdafiəsi ilə məşğul olmaqdır, ittiham etmək deyil. Əgər pritenziyaları mənədirsə, məhkəməyə versinlər və orada cavablarını verim. Günayın mənə borclu olmasını atası, anası, ətrafı və şou-biznesin əksəriyyəti bilir. Yanındakı Zümrüd Mirzəliyeva bilir. Çox gözəl bilir və çox vicdansız qızdır. Onun vicdansız olduğunu doğurdan gözləmirdim. Hər şeyi bilirlər və bu gün utanmadan deyirlər ki, bütün müqavilələr Zümrüdlə olub. Böhtan atıramsa niyə məni məhkəməyə vermirlər? Gedib məhkəməyə versinlər. Mən də çıxım məhkəmədə sübut edim ki Günay dələduzdur.

Nuriyyə Əhmədova
N.Əhmədova daha sonra deyir: ”Mən Günayın əlinə birbaşa pul verməmişəm ki. Pul produsserlərə verilib ki, kalqotkasını al, makiyajın etdir. Zümrüdə 100 dəfə pul ödənilib ki, ona paltar tikdirsin. Mahnılar alınıb, əksər vaxt pullarını özüm vermişəm, ya da göndərmişəm. Kimdən mahnı almışıq hamısını məhkəməyə çağıracağıq. Kimə aranjimana, kimə sözə, raskrutkaya görə pul verilibdisə məhkəməyə çağırılacaq. Mənə bu gün baş prokurorluq reaksiya vermir. Niyə? Saytlardan mənim müsahibəm hansı qüvvələrin hesabına silinir? Günay ölkə üçün hansı işi görüb ki, bu qədər əhəmiyyətlidir? Dələduzluğu ört-basdır edilir, nəyə görə? Milyon faiz əminəm ki, Günayın mənə 200 min manatdan artıq borcu olduğunu sübut edəcəm”.
”Günay İbrahimlinin arxasında vəzifəli kişi dayanır…”
Günay və Rəşad
”Əslində Günayın etdiyi hərəkətdən utanıram. Mənim etibar etdiyim ailə məni aldadıb, Günay yox. Bir müddətdən sonra atasına qarşı da iradlarımı qaldıracam hüquqi qaydada. Onların gücü ancaq hansısa saytda yazını sildirməyə çatır. Nə vaxta qədər sildirəcəksiniz? Bu iş mülki qaydada həll edlə bilməz. Günay məni valideynləri ilə birlikdə aldadıb. Zümrüdlə qrup şəkilində aldadıblar. İndi qrup şəkilində onları polisə verəcəm. Bu gün saytlardan yazıları sildirirlərsə, demək Günay İbrahimlinin arxasında yaxşı vəzifə adamları dayanır. Günayın qeyri-adi səsi yoxdur, xalq artisti deyil. Ölkə üçün böyük işlər görməyib. Nəyə görə ölkə Günayı qorumalıdır? Deməli, Günayı fərdlər qoruyur. Adlar çəkmişdim. Bəli, Rəşadın adını çəkmişdim. Günayın Rəşadla adını bütün ölkə danışırdı, mən də eşitmişdim, onunla görüşmüşdüm. Mənə demişdiki, Günayla dostluqdan başqa əlaqəm yoxdur. Yaxşı deyək ki yoxdur. Amma Günay bu yaxınlarda Milli Məclisin nümayəndə heyəti ilə bir gündə Türkiyədən qayıtmışdı. Əlaqələri yoxdur, amma təsadüfən bir yerdə gedib, bir yerdə qayıtmışdılar. Günayın arxasında dayananlar çıxsın qarşıma. Günay gizlənir, o kişilər də gizlənir. Çıxsın qarşıma desin ki, mən Günayın arxasındayam, sübut elə ki sənə borcu var. Mən də subut edim”-deyə N.Əhmədova bildirdi.

”Günay mənim istehsal yerimdə işçim kimi gözləyib ki gəlim pul verim iş görsün. Günay həyatını, populyarlığını mənə və puluma borcludur. Həmin pulu mən qoymuşa ki qazanım, aldanmaq üçün yox. O, pullar geri qayıdacaq. Günay mənim üçün bir məhsuldur. Məhsula qoyduğum pulumu istəyirəm. O, mənim üçün nə ulduz deyil, nə prioritet deyil. Anası, atası mənə söz veriblər ki qayıdacaq. Günay dəhşətli dərəcədə pula hərisdir. Pul görəndən sonra qürurunu, şəxsiyyətini itirib. Kimə arxayındı özü bilər. Mən Allahıma və qanunlarımıza arxıyınam. Günayın arxasında adamlar var, öz səviyyələrində iş görürlər. Onun arxasında dayananlar vəzifəsi ilə dayanıblar. Mənim arxamda vəzifəli kişi dayanmır. Günayı Heydər Əliyev sarayına populyar olmadığına görə buraxmırdılar. Mənim istehsalat seximdə buna görə ağlayan qızdır də… Amma yenə onu saraya konsertə saldım. Günay gəlsin desin görüm hansı restoranda 70-100 manata oxuyub. Günayın əvvəlki səsi kimin yadındadır? İnsan bu qədər vicdanın bu qədər itirməz. O itirib. İnsan bir neçə il populyar ola bilər, amma on ildən sonra olmayacaq. Yaddaşlarda qalacaq, amma dələduz kimi. İnsanın vicdanı, səviyyəsi yoxdursa, heç nə əldə edə bilməz. Mən aldanmışam. Düşünürdüm günay sədaqətli olacaq. Pul bu qədər dəyişər? İnanmazdım Günay bu qədər dəyişəcəyinə inanmazdım. Bilirəm ki, bu işi udacam, Günaya cinayət işi qaldırılacaq, onun dələduz olduğunu sübut edəcəm”- N.Əhmədova qeyd edib.
Yazıda adı çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.
//Criminal.az
[media=https://www.youtube.com/watch?v=2oI4wdaNSe4]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.