İTV-nin daha bir məşhur siması kanaldan getdi

25-06-2018, 13:37           
İTV-nin daha bir məşhur siması kanaldan getdi
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) daha bir tanınmış siması TV ilə yollarını ayırıb.

BakuPost-un əldə etdiyi məlumata görə, "Qanundan kənar” verilişinin aparıcısı Natiq Allahverdiyev işdən çıxıb. TV yaranan gündən burada çalışan aparıcı bu gün işdən getmək üçün ərizəsini yazıb.

Qeyd edək ki, "Qanundan kənar” verilişi həftə içi hər gün yayımlanır və gün ərzində baş vermiş kriminal hadisələri tamaşaçılara çatdırır.

Xatırladaq ki, Balakişi Qasımov İTV-nin rəhbərliyinə gəldikdən sonra TV-də ciddi kadr dəyişiklikləri gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru