“Emin Sabitoğlunun estrada mahnılarını muğam ifaçısı kimi ilk dəfə ifa etdim”

26-06-2018, 10:25           
“Emin Sabitoğlunun estrada mahnılarını muğam ifaçısı kimi ilk dəfə ifa etdim”
İyunun 20-də "Yaşıl Teatr"da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Nəzakət Teymurovanın möhtəşəm konserti baş tutdu.

Moderator.az-a açıqlama verən Nəzakət Teymurova konsertin yüksək səviyyədə keçdiyini bildirdi:

“İyunun 20-də "Yaşıl Teatr"da konsertimiz baş tutdu. Konsertdə "Xarı Bülbül" və "Hicaz" qrupu ilə birlikdə klassik estradamızdan istifadə olundu. Bunda başqa retro mahnılara müraciət etdik. Rəşid Behbudovun, Yalçın Rzazadənin və Emin Sabitoğlunun mahnılarına yer verdik. Yeni bir aranjimanda tamaşaçların qarşısında çıxış etdim. Konsertdə tanınmış sənətçi və muğam ifaçısı dostlarım da iştirak etdilər. Bir ay müddətinə konsertə hazırlaşmışdım. İlk dəfə idi ki, belə bir janra müraciət edirdim. Emin Sabitoğlunun elə mahnıları var ki, onları bu günə kimi estrada müğənilləri oxuyub, amma mən bir muğam ifaçısı kimi bunu ilk dəfə ifa etdim. Hamıya öz təşəkkürümü bildirirəm, həmçinin sizə də”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.