“Qısa ətək də, şortik də geyinirəm”

27-06-2018, 15:59           
“Qısa ətək də, şortik də geyinirəm”
ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı əməkdar artisti Elza Seyidcahan olub.“Qafqazinfo” xəbər verir ki, proqramda “İctimai yerdə necə geyinmək lazımdır” mövzusunda müzakirə aparılıb.
Əməkdar artist deyib ki, hər yerin öz geyim qaydası var: “Tələbə vaxtı Alim Qasımovun evinə getmişdi. Fikirləşdim ki, onlar yerdə otururlar. Mən də uzun ətək geyindim ki, rahat olum. Geyim axı insanın daxili kökündən, sənətindən xəbər verir. Anasına Allah rəhmət etsin.
Alim müəllim dedi ki, anam deyir ki, ay Alim bu nə yaxşı qızdır, nə uzun tumanı var. Mənim geyimim belə deyil. Mən şalvar da, qısa ətək də, şortik də geyinirəm. Amma hər yerin öz geyimi var”.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.