Videoları ilə gülüş obyektinə çevrilən şirkət rəhbəri: - “Bəzi başıboşlar…”

27-06-2018, 16:12           
Videoları ilə gülüş obyektinə çevrilən şirkət rəhbəri: - “Bəzi başıboşlar…”
Son günlər sosial mediada gülüş obyektinə çevrilən videoları ilə məşhurlaşan Zahir Nurullayev bir daha çəkiliş etməyəcəyinə söz verib.

Minval.info xəbər verir ki, o, “İnstagram” profilində bu barədə paylaşım edib. Z.Nurullayev insanların onu yanlış anladığından tənqid etdiyini deyib. Dəstək olanlara isə təşəkkürünü bildirib. O, videoları çəkməkdə niyyətinin pul qazanmaq olmadığı qeyd edib və deyildi.

“Əziz dostlar! Sizə dərin təşəkkür edirəm ki, mənə bəziləriniz dəstək oldunuz. Bəziləriniz tənqid, hətta hüquqlarımız tapdaladınız. Hamınıza bir cavabım var, Allah sizdən razı olsun ki, bir Azərbaycan və müsəlman övladını bir istəkdən məhrum etdiniz. Mən ibrətamiz videolar çəkirdim. Niyyətim pul-para qazanmaq deyildi, əksinə maliyyə ayırıb videolar çəkirdim ki, bəzi başıboşlara qaranlıq qalan mövzular çatsın. Amma bunu çoxunuz səhv anladınız. Mənə çoxu yazdı ki, bekardır, 2,50 manat xərcləyib çəkiliş aparır və s. Təkəbbürlük kimi çıxmasın, mən bu gün öz zəhmətimlə “Qızıl açar” əmlak şirkətinin direktoruyam. Yetərincə digər iş sahələrim var. Məni anlamadınız, lağ etdiniz, uğurlar hamınıza. Mərdi qova-qova namərd edən həmyerlilərim, sağ olun” İstəyən səhifəmdən çıxa bilər. Şəxsi şəkillərimi paylaşacağam profildə” – Zahir bildirib.

Maraqlıdır ki, bu paylaşımın rəy yazanların əksəriyyəti Nurullayevdən çəkilişləri davam etməsini istəyiblər.

Qeyd edək ki, Zahir bir vaxtlar Türkiyənin “Samanyolu” telekanalında yayımlanan “Sırlar dünyası”na bənzər videolar hazırlayırdı. Onun paylaşımları adətən insanlar tərəfindən ələ salınırdı. Səhifənin adı isə keçmiş telekanalın adına oxşar – “Zaman yolu”dur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.