Xanəndənin qardaşı: "Novruzu və dostunu öldürüblər"

2-08-2018, 18:05           
Xanəndənin qardaşı: "Novruzu və dostunu öldürüblər"
"Qardaşımı və dostunu öldürüblər".

Teref.Az xəbər verir ki, bunu "Report"un Qarabağ bürosuna Qarabağ su kanalının Ağcəbədi rayon ərazisindən keçən hissəsində avqustun 2-də meyiti tapılan xanəndə Novruz Hüseynovun qardaşı Azər Hüseynov bildirib.

Onun sözlərinə görə, hadisədən bir gün əvvəl qardaşi dostu Miryusiflə Bakıdan onların yaşadığı Ağcabədi rayonunun Hacıbədəlli kəndinə qonaq gəliblər: "Dostlar nahar etdikdən bir müddət sonra Ağcabədi şəhərinə gəzməyə getdiklərini bildirərək evdən çıxıblar. Gecə saat birdə evə qayıdıblar. Daha sonra hər ikisi səhər saat 5 radələrində evdən çıxıblar. Novruz anasına Miryusifə dərman almaq üçün şəhərə aptekə getdiklərini söyləyib. Səhər saat 8 radələrində kənd icra nümayəndəsi zəng edərək onların qəza keçirdiyini xəbər verdi. Ailə Novruzun hadisədən bir-iki gün əvvəl avtomobil almasından xəbərsiz olub".

A.Hüseynov deyib ki, şubhələndiyi şəxs var, ancaq ad çəkməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru