Azərbaycan pianoçusu Fransada sülh günü münasibətilə keçirilən konsertdə çıxış edib

22-09-2018, 07:12           
Azərbaycan pianoçusu Fransada sülh günü münasibətilə keçirilən konsertdə çıxış edib
Azərbaycanlı pianoçu Səidə Zülfüqarova Fransada Beynəlxalq Sülh günü münasibətilə "Sülh naminə və zorakılığa qarşı" mövzusunda keçirilmiş konsertdə ölkəmizi təmsil edib.

"Report"un Qərbi Avropa bürosu məlumat verir ki, Karyer-su-Puasi şəhəri meriyasının dəstəyi ilə Alzas İdman Kompleksində keçirilən konsertdə şəhərin meri, UNESCO-nun xoşməramlı səfiri, "Sülh artisti" Amri Aminov və digər şəxslər iştirak ediblər.

Paris Operasının müğənnisi İrina Kopylovanın ifasında Səidə Zülfüqarovanın piano müşayiəti ilə “Sarı gəlin”Azərbaycan xalq mahnısı iştirakçıların gürültulu alqışları ilə qarşılanıb. Konsertdə Paris Filarmoniyasının orkestr ansamblı da çıxış edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru