“Dostumun arvadımda gözü olub” – Hülya Avşarın əri

23-09-2018, 11:45           
“Dostumun arvadımda gözü olub” – Hülya Avşarın əri
Türkiyəli müğənni Hülya Avşarın keçmiş əri Kaya Çilingiroğlu qonaq olduğu verilişdə maraqlı açıqlamalarla çıxış edib.

Minval.İnfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Hülyanın çox gözəl qadın olduğunu, boşandıqdan sonra bəzi dostlarının onunla görüşmək istədiyini deyib.

Keçmiş həyat yoldaşı ilə dost olduğunu deyən Çilingiroğlu sözlərinə bunları əlavə edib: “Biz Hülya ilə ayrılandan sonra mənim ətrafımdan bəziləri onunla görüşmək istəyib. Mən də sonradan eşitdim. İndi həmin şəxslərlə görüşmürəm, danışmıram. Görüşməyim mümkün belə deyil. Biz onların evinə getmişik, onlar bizim evimizə gəliblər. Onların Hülyaya bu gözlə baxması, bu mənada yanaşmasını bağışlaya bilməzdim. Onlarla münasibətimi saxlamaqdan söhbət belə gedə bilməz. Yəni mən evli ikən, onların mənim həyat yoldaşımda gözləri olub”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru