Seks kuklaların da "namuslu"su, "üzüyola"sı olacaq...

25-09-2018, 10:15           
Seks kuklaların da "namuslu"su, "üzüyola"sı olacaq...
RealDoll seks kuklalar istehsal edən Amerika şirkəti Abyss Creations robot texnikasında sıçrayış edib. "Harmoni" adlı yeni seks kukla 18 emosiya verə bilir, hətta orqazmı imitasiya edir...

Müştəri rəfiqəsini öz istədiyinə görə nizamalaya bilər. Bundan başqa, Harmoni adamları tanıya bilir, sahibkarının sevimli yeməyini, musiqini və filmləri xatırlada bilir, hətta ad günü münasibətilə təbrik edə bilir.

Şirkətin baş direktorunun sözlərinə görə, Real Dollu alanlar əvvəlcə onu, seks funksiyasını yerinə yetirdiyinə görə alırlar, amma sonra başa düşürlər ki, bu sadəcə seks-oyuncaq deyil. ”Onlar onun evdə olmasını hiss edirlər və şəxs kimi ona diqqət ayırırlar. Süni intellekt insanlara imkan verir ki, bu şəxsiyyəti yaratsın” - baş direktor Makmallen deyir.

Harmoni adamla dinamiklərin köməyi ilə və deilən sözlərə reaksiya verən geniş proqram vasitəsilə danışır. Kukla istifadəçisi onu inadkar, ehtiraslı və ya sevgidolu edə bilər.

Alıcının sifarişinə görə Harmoninin dərisi 42 rəngdən biri ola bilər.

Sahibkarını tanıyan kukla (başqasının girişməməsi üçün) 10 min dollara, bu funksiyası olmayan 5 min dollara satışa çıxarılacaq. Yəni bahalı kukla namuslu kukla hesab olunacaq, ikincisi üzüyola...
moderator.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.