Aktrisa Məlahət Abbasovaya diplomatik pasport verilib.
Open.az xəbər verir ki, bu barədə aktrisa özü məlumat verib:
"Nəhayət 27 illik Avropa və Asiyanın ən böyük teatrı hesab olunan İstanbul Böyükşehir Bələdiyyəsi şəhər teatrındakı əməyimin qarşılığı gəldi. Türkiyə və Azərbaycan dövlətinin sadiq, ləyaqətli əsgəri olaraq bununla qürur duyuram və 2 dövlət bir millət övladı kimi Türkiyə Cümhuriyyəti tərəfindən mənə layiq görülən bu əmanəti ləyaqətlə daşıyacağam.
Bu pasport Türkiyə Cümhuriyyətində məmurlara neçə illik əməyi qarşılığında verilən xüsusi pasportdur, bir növ diplomatik pasport kimi."
Qeyd edək ki, 1991-ci ildə Türkiyə vətəndaşı ilə ailə qurub orada yaşayan aktrisanın Sudə və Uğur adlı iki övladı var.