Həbsxanaya düşən modelə tualet təmizlətdirib, üstünə qaynar su tökdülər - FOTO

2-10-2018, 21:07           
Həbsxanaya düşən modelə tualet təmizlətdirib, üstünə qaynar su tökdülər - FOTO
Cərimə yazılmasın deyə yol polislərinə yatma təklifi edən modelin məhkəməsi keçirilib.

Milli.Az The Sun-a istinadla xəbər verir ki, 18 ay azadlıqdan məhrum edilən 24 yaşlı model həbsxanada yoldaşlarının təzyiqinə məruz qaldığını iddia edib.

Kira Mayer iddia edir ki, həbsxana yoldaşları ona tualet təmizlətmək istəyirlər. Bu səbəbdən onlar arasında dəfələrlə mübahisə yaranıb.

Kira bildirib ki, həbsxana yoldaşları onun gözəlliyini qısqandıqları üçün üstünə qaynanmış su töküblər. O, bədənindəki yanıq izlərini də göstərib.

Qeyd edək ki, Moskvada model Kira Mayer "Mercedes" markalı avtomobili ilə gedərkən yol hərəkət qaydalarına riayət etmədiyinə görə yol polisləri tərəfindən saxlanılıb. Polislərlə model arasında mübahisə yaranıb. Kira polislərdən birinə cərimə yazmamaq üçün onunla yatmağı təklif edib, digərini isə yumruqlayıb.

Kiranın Instagram-da 150 minə yaxın izləyicisi var. O, sosial şəbəkələrdəki açıq-saçıq fotoları ilə diqqət mərkəzindədir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru