PKK liderindən dəhşətli əmr: “Xalqa atəş açın”

8-10-2015, 00:57           
PKK liderindən dəhşətli əmr: “Xalqa atəş açın”
PKK terror təşkilatının çöküşünü sübut edən daha bir rabitə danışığı yayılıb. Axar.az xəbər verir ki, rabitə söhbətində PKK-nın Hakkari üzrə lideri Fəhmi Atalay yeni döyüşçü tapmaqda çətinlik çəkdiklərini bildirib. O, ağır yaralı olan PKK-çıların intihar etdiyini də etiraf edib. Fəhmi Atalay Qəndildən aldıqları maddi yardımın kəsildiyini açıqlayıb: “Türk ordusunun əməliyyatlarına müxtəlif səbəblərə görə cavab verə bilmədik. Şəhərlərdəki bütün hüceyrələrimizi silahlandıraraq daha bir hücum etməyimiz zəruri hala gəlib. Çətin vəziyyətə düşdüyümüzdə xalqı canlı qalxan kimi istifadə etməliyik. Hətta xalqa atəş açıb, “polislər vurdu” donu geyindirməliyik”. Təhlükəsizlik qüvvələri Atalayın tutulması üçün əməliyyatları genişləndirib. Qeyd edək ki, bir müddət öncə də PKK-nın liderlərindən Murat Karayılan təşkilatın çökdüyünü etiraf etmişdi. -












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru