Bir neçə televiziya kanalı bağlandı

8-10-2015, 12:45           
Bir neçə televiziya kanalı bağlandı
7 Türk televiziya kanalı bağlanıb.

Axar.az xəbər verir ki, kanallar Ankara Baş Prokurorluğunun göstərişinə əsasən yayımdan çıxarılıb.

“Dijitürk”dən verilən açıqlamada bu barədə yayım şirkətinə məktub daxil olduğu bildirilib:

“Hörmətli izləyicilərimiz,

Ankara Respublika Baş Prokurorluğu, “Konstitusiya nizamına qarşı olan cinayətlər bürosu” tərəfindən şirkətimizə məktub daxil olub.

Məktubda qeyd edilən “Kanaltürk”, “Samanyolu TV”, “Mahtab TV”, “S xəbər (Samanyolu Xəbər)”, “Bu gün TV”, “Yumurcak TV” və “Çay TV” kanalları qanunun tələbinə uyğun olaraq platformamızdan çıxarılıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru