Nobelli alim: “Mən türkəm, vəssalam!”

8-10-2015, 12:53           

Kimya üzrə Nobel mükafatına layiq görülən türk əsilli ABŞ vətəndaşı, professor, doktor Əziz Sancar açıqlama verərək illərlə çəkdiyi əziyyətlərdən sonra mükafata layiq görülməkdən məmnun olduğunu deyib. Axar.az xəbər verir ki, mükafata bu il ümid bəsləmədiyini bildirən professor daha çox tibbi araşdırmalarla məşğul olduğu üçün kimya üzrə mükafatı gözləmədiyini söyləyib: “İşlərimi həm tibb, həm də kimya üzrə davam etdirirəm. Tibb üzrə mükafatı alacağımı düşünürdüm, amma o mükafat iki gün əvvəl verildiyi üçün artıq “olmaz” dedim. Kimya üzrə mükafatı gözləmirdim. Bir az sürpriz oldu”. Hazırda işlərini Şimali Karolina Universitetinin Tibb Fakültəsinin Biokimya və Biofizika bölümündə davam etdirən alim “Anadolu Agentliyi”nə milliyyəti ilə bağlı da danışıb: “İngilis media orqanı BBC-dən zəng vurub məndən “Ərəb, qismən də türksünüzmü”, - deyə soruşaraq hörmətsizlik etdilər. BBC-yə “Ərəbcə danışmıram, kürdcə də danışmıram, mən türkəm”, - dedim. Cənub-şərqli oldunsa, bundan qaça bilmirsən, amma mən özümü elə bilirəm, BBC-yə də dedim, sizə də deyirəm, mən türkəm, vəssalam”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru