Əli bəy masonluğa qəbul olunub? - Video

8-10-2015, 12:56           
Əli bəy masonluğa qəbul olunub? - Video
İttihad və Tərəqqi Partiyasının masonlarla heç bir əlaqəsi yox idi. Bu sözləri filoloq, Əli bəy Hüseynzadə irsinin araşdırıcısı, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan İttihad və Tərəqqi Partiyasının və Əli bəy Hüseynzadənin masonlarla əlaqəli olub-olmaması haqda Axar.az-a danışarkən deyib: “Əli bəy Hüseynzadə İttihad və Tərəqqi Partiyasının qurucusu olub və o partiyanın masonlarla heç bir əlaqəsi yoxdur. Əli bəyin Ziya Göyalpa türkçülük, millətçilik ruhunun formalaşmasında böyük təsir olub, Göyalp onun haqqında məqaləsində də yazır. İttihad və Tərəqqi siyasi cəmiyyət idi, amma onun quruluşunda mason elementləri yox idi. Kimsə oxşadır, nəsə yazır, bu başqa məsələdir. Partiyanın əsas qayəsi Osmanlının çöküşü dövründə millətçilik məsələsini meydana gətirmək idi, bunu da elədi. İslamçılıq və osmanlıçılıq var idi, üçüncü tərəf boş qalmışdı. Osmanlı imperiyası çökəndən sonra cəmiyyət hansı strukturda yaşaya bilərdi? Ona görə də türkçülük ideologiyasını irəli sürdü. Bu ideologiyanı da Tərəqqi təmsil elədi. Yenə deyirəm, Əli bəy Hüseynzadə mason olmayıb”. Qeyd edək ki, Türkiyə mətbuatında İttihad və Tərəqqi siyasi cəmiyyətinin üzvlərinin mason olması və quruluşunda mason elementlərindən istifadə edilməsi haqda məqalələr, videolar var. Eləcə də partiyanın türk dilində olan vikipedik məlumatında da bu barədə qeydlər yazılıb.
[media=https://www.youtube.com/watch?t=59&v=FXeROyHGzsA]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.