Anadolu Agentliyinin müxbiri Suriyada öldürülüb

9-10-2015, 10:36           
Anadolu Agentliyinin müxbiri Suriyada öldürülüb
Anadolu Agentliyinin Hələb müxbiri Salih Mahmud Leyla Suriyada həlak olub.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, S. Mahmud partlayıcı qurğu quraşdırılmış avtomob illə edilə terror hücumu zamanı ölüb. Məlumata görə, hücum İŞİD terror təşkilatı tərəfindən törədilib.

S. Mahmud bir müddət əvvəl Hələbin Cəmiyyət-əl Zəhra məscidində baş verən atışmada da üzündən yaralanmışdı.

Agentlik qeyd edib ki, Mahmud Leyla Hələbə bir il əvvəl göndərilib. Onun həyat yoldaşının hamilə olduğu bildirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru