İstanbulda PKK-ya qarşı əməliyyat - Evdən çıxan siyahılar polisi şoka saldı

9-10-2015, 14:08           
İstanbulda PKK-ya qarşı əməliyyat - Evdən çıxan siyahılar polisi şoka saldı
İstanbul polisinin PKK terror təşkilatına qarşı keçirdiyi əməliyyat zamanı axtarış aparılan ünvanlardan çıxan sənədlər polisi heyrətə gətirib.

Avropa.info xəbər verir ki, İstanbulda təşkilata qarşı təşkil olunan genişmiqyaslı əməliyyatlar zamanı axtarış aparılan evlərdən İstanbulun bütün seçicilərinin siyahısı ələ keçirilib.

İstanbulun Terrorla Mübarizə İdarəsinin əməkdaşları dünən İstanbul başda olmaqla beş vilayətdə PKK-ya qarşı əməliyyat axtarış tədbirləri həyata keçirib.

Keçirilən əməliyyatlar zamanı axtarışda olan 52 nəfərdən 15-inin həbs olunduğu, bundan başqa əməliyyatlar çərçivəsində təşkilatın evlərində keçirilən axtarış zamanı seçici siyahılarının ələ keçirildiyi bildirilir.

HDP-nin Beyoğludakı qərargahının arxa arxasındakı küçədə yerləşən PKK qərargahındakı sənədlərə baxış keçirilən zaman seçici siyahısının üzərində müəyyən işlər görüldüyü aydın olub. Polisin fikrincə isə seçicilərin siyahısını PKK-ya məhz HDP üzvləri verib.

Ələ keçirilən digər sənədlərdə isə təşkilatın maliyyə məsələlərini həll etmək məqsədilə xərac toplanılan kürd iş adamlarının siyahısı olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.