Uğur Dündara həbs cəzası verildi

9-10-2015, 22:40           

Türkiyənin tanınmış jurnalisti Uğur Dündar ötən il çap olunmuş köşə yazısında dənizçilik və ictimaiyyətlə əlaqələr naziri Binali Yıldırmı təhqir etdiyi üçün 11 ay 20 gün həbsə məhkum edilib.

Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, məhkəmə prosesində Yıldırım və Dündar özləri iştirak etməyiblər. Jurnalistin vəkili Ceren Yakışır məhkəmədə yazıda hər hansı təhqiramiz ifadə olmadığını iddia etsə də, müvəkkilinin cəza almasına mane ola bilməyib.

Məhkəmə Uğur Dündarın daha əvvəl də məhkum olunmasını nəzərə alaraq hökmün oxunuşunun təxirə salınmamasına qərar verib.

Məhkəmə eyni zamanda, yenidən hər hansı səhvə yol verməyəcəyi qənaətinə gələrək həbs cəzasının təxirə salınmasına və 1 il sınaq müddətinin təyin olunmasına hökm verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru