Ankara teraktını İŞİD törədib?

11-10-2015, 19:16           
Ankara teraktını İŞİD törədib?
Ankarada 95 nəfərin ölümünə səbəb olan kamikadze hücumunu İŞİD törədib

Bu barədə “Röyter” agentliyi Türkiyənin hüquq mühafizə orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.

“Ankara teraktı iyulun ortalarında İŞİD-in Suruçda törətdiyi terror hücumuna çox bənzəyir. Hücumdakı bütün işarələr İŞİD-i göstərir. Tamamilə İŞİD-in üzərinə fokuslanmışıq”, - deyə agentliyin mənbələri bildirib.

Qeyd edək ki, ötən gün Ankarada baş verən iki partlayışda 95 nəfər ölüb, 246 nəfər yaralanıb. (axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru