Türkiyədə 28 İŞİD-çi həbs olundu

11-10-2015, 20:14           

Türkiyənin Şanlıurfa və Konya şəhərlərində bu gün səhər saatlarında İŞİD üzvü olmaqda şübhəli bilinən 28 nəfər həbs edilib. Polis şübhəlilərin həbsi üçün eyni vaxtda həyata keçirilən əməliyyat hazırlayıb. 14 nəfər Şanlıurfada, 14 nəfər isə Konyada həbs olunub. Konyada həbs olunanlardan 1-i qadındır. Polis şübhəlilərin evlərində axtarış apararaq, bəzi əşyaları dəlil kimi götürüb.

Türkiyə mediası əməliyyatın ötən gün Ankarada tördəilən dəhşətli terrordan dərhal sonra hazırlanmasına diqqət çəkir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru