Türkiyə ordusundan xüsusi əməliyyat - 49 terrorçu öldürüldü...

11-10-2015, 20:23           
Türkiyə ordusundan xüsusi əməliyyat - 49 terrorçu öldürüldü...
Türkiyə ordusu Diyarbəkirin Lice bölgəsində və İraqın şimalında yerləşən Metina və Zap bölgələrində PKK-ya qarşı hava əməliyyatları həyata keçirib.

Türkiyə Sİlahlı Qüvvələrinin Baş Qərargahından yayılan açıqlamada İraqın şimalında PKK-ya aid 3 sığınacağın aşkarlandığı və bombardıman nəticəsində 35 terrorçunun öldürüldüyü bildirilib.

Bundan başqa dünən Hakkari bölgəsində təsbit edilən PKK-ya aid çox sayda sığınacaqlar məhv edilib.

Diyarbakır Lice bölgəsindəki PKK hədəfləri də tam dəqiqliklə vurulub. Bombardıman nəticəsində 14 terrorçu öldürülüb.

Bu gün günorta saatlarında isə Ərzurumun Şenkaya rayonundakı meşəlik ərazidə terrorçularla atışma zamanı 2 əsgər şəhid olub. //Avropa.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru