Ankara terrorunun şahidi: «Kamikadzeni gördüm»

11-10-2015, 21:48           
Ankara terrorunun şahidi: «Kamikadzeni gördüm»
Ankaradakı terrorda yaralananlardan Əbdülsəlim Altun mitinqdəki «canlı bombanı» gördüyünü deyib.

Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ə.Altunun atası Mehmet Ali Altun açıqlama verib.

O bildirib ki, aksiyadakı kamikadze çiynində çantası olan saqqalı bir nəfər olub: «Oğlum onu görüb. Deyir ki, mən «bomba» deyən kimi bu adam təşvişə düşüb qaçdı. Amma əlindəki çantanı yerə qoyub nəyəsə toxundu və od püskürdü».

hazırda Ankaradakı Nümunə xəstəxanasında olan Ə.Altunun üzü, saçı və paltarları yanıb: «Canlı bomba» ölüb, yoxsa ölməyib, bilmirəm. Amma bütün dünya bilsin ki, oğlum onu görüb».












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru