Avropanın ən güclü orduları: Türkiyə neçəncidir?

6-11-2018, 12:35           
Avropanın ən güclü orduları: Türkiyə neçəncidir?
“Biznes İnsayder” nəşri Avropanın 25 ən güclü ordusunun reytinqini hazırlayıb.

Axar.az xəbər verir ki, reytinqin hazırlanması zamanı nəşr silahlı qüvvələrin və hərbi texnikanın sayı, ölkənin ümumi inkişafı və logistik imkanlarını nəzərə alıb.

Yeni reytinqdə ilk yeri Rusiya tutub. Belə ki, onun hərbçilərinin sayının 3,5 milyon nəfər, tanklarının 20 min, təyyarələrinin isə 4 min olduğu bildirilib. Rusiyanın ümumi hərbi xərci 47 milyard dollardır.

Rusiyadan sonrakı pilləni hərbi büdcəsi 40 milyard dollar olan Fransa tutub. Fransanın ümumilikdə 406 tankı, 1200 təyyarəsi var.

Üçüncü yerdə isə Britaniya qərarlaşıb. Onun arsenalında 832 təyyarə, 227 tank yer alıb.

Yeni reytinqdə ilk onluğu Türkiyə (4-cü), Almaniya, İtaliya, İspaniya, Polşa, Yunanıstan və Ukrayna daxildir












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru